Gürcüstandan olan bir qrup media nümayəndəsi və bloggerlərin Şuşaya səfəri başlayıb

Gürcüstandan olan bir qrup media nümayəndəsi və bloggerlərin Şuşaya səfəri başlayıb

Şuşa, 22 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

Azərbaycana gələn bir qrup gürcüstanlı media nümayəndəsi və bloggerlər işğaldan azad olunan Şuşada səfərdədirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərin məqsədi 30 ilə yaxın müddətdə ermənilər tərəfindən işğal altında saxlanılan Azərbaycan torpaqlarında, o cümlədən Şuşada düşmən tərəfindən törədilən vəhşiliklər, tarixi və dini abidələrin dağıdılması barədə xarici jurnalistləri məlumatlandırmaqdır. Həmçinin işğaldan sonra burada həyata keçirilən tikinti-qurucluq işləri ilə tanışlıq da nəzərdə tutulur.

Qeyd edək ki, ötən gün gürcüstanlı qonaqlar Cəbrayıl və Füzuli rayonlarında olub, erməni vəhşiliklərindən geriyə qalan dağıntılara şahidlik ediblər.

Mənbə: azertag.az