Türkiyə və İran Araşdırmalar mərkəzlərinin nümayəndələri sabah Ağdama səfər edəcək

Türkiyə və İran Araşdırmalar mərkəzlərinin nümayəndələri sabah Ağdama səfər edəcək

“Biz bu gün Azərbaycan, Türkiyə və İran münasibətlərini müzakirə edəcəyik”.

“Report”un xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

Onun sözlərinə görə, region ölkələri öz problemlərini özü həll etməlidir: “Biz daha detallı şəkildə bu məsələləri müzakirə edəcəyik. Onu da qeyd edim ki, sabah Türkiyə və İran Araşdırmalar mərkəzlərinin nümayəndə heyətlərinin Ağdama səfəri planlaşıdırılır”.

Mənbə: report.az