Şəhid balaları "birinci" oldular

Şəhid balaları  "birinci"  oldular

Bu gündən respublikanın bütün ümumtəhsil məktəblərində əyani tədris bərpa olunur. Uzun fasilədən sonra şagirdlər artıq həftənin beş günü məktəbə gedəcəklər. Bu il eyni zamanda 158 608 şagird 1-ci sinfə gedəcək. Onların içərəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən, torpaqlarımızı işğaldan azad edərək şəhidlik zirvəsinə ucalan Vətən müharibəsi qəhramanlarının övladları da var. Azvision.az bu ilk dəfə məktəbə qədəm qoyacaq qəhrmanlarımızın övladlarını təqdim edir:

Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsi şəhidi Muxtar Babayevin oğlu Kainat Babazadə - Cəlilabad şəhəri, Zərifə Əliyeva adına 7 saylı tam orta məktəb



Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Vüsal Cəfərovun oğlu Əflatun Cəfərov - Biləsuvar rayonu, Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi



Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsi şəhidi Asif Kərimovun oğlu Yusif Kərimzadə - Hədəf Liseyi



Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsi şəhidi İlqar Zeynalovun oğlu Rəfail Zeynalov - Biləsuvar rayonu, Aşağı Cürəli kənd tam orta məktəbi

Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi xidmətçisi, Vətən müharibəsi şəhidi Elşən Abbasovun qızı Narınc Abbasova - Beyləqan rayonu, I Şahsevən kənd G.Əsədov adına tam orta məktəb



Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, Vətən müharibəsi şəhidi Şəhriyar Abdullayevin qızı Zəhra Abdullazadə - Sumqayıt şəhəri, Polad Həşimov adına 28 nömrəli tam orta məktəb



Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi şəhidi Vahid Aliyevin oğlu Abbas Aliyev - Bakı şəhəri, Balaxanı qəsəbəsi 69 nömrəli tam orta məktəb



Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmətçisi, Vətən müharibəsi şəhidi Ramiz Musayevin qızı Ayan Musayeva - Göygöl rayonu, Hacıməlik kənd tam orta məktəb



Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, Vətən müharibəsi şəhidi Ramal Qasımovun oğlu İmran Qasımov - Gəncə şəhəri 18 nömrəli tam orta məktəbi



Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Elsevər Əliyevin oğlu Yusif Əliyev - Şəmkir rayonu Məmmədli Əhmədli kənd tam orta məktəb

Azərbaycan Silhalı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsi şəhidi Azər Hüseynovun oğlu Səyyad Hüseynzadə - Gədəbəy rayonu Novosaratovka kənd tam orta məktəb



Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, Vətən müharibəsi şəhidi Tofiq Həsənovun qızı Melisa Həsənzadə - Masazır qəsəbəsində Hədəf Liseyi



Azərbaycan Silhalı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi Hafiz Abdürrəhmanovun qızı Hafizə Abdürrəhmanlı Şəmkir rayonu Sabirkənd tam orta məktəbi



Azərbaycan Silhalı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Elçin İsrafilzadənin qızı Leyla İsrafilzadə - Şəmkir rayonu, Qədimqala kənd tam orta məktəb



Azərbaycan Silhalı Qüvvələrinin giziri, Vətən müharibəsi şəhidi Çingiz Məmmədovun oğlu Elgiz Məmmədov - Şəmkir rayonu, Mürsəl Əliyeva adına Yeniabad kənd tam orta məktəb



Azərbaycan Silhalı Qüvvələrinin çavuşu, Vətən müharibəsi şəhidi Elməddin Pənahovun oğlu Ömər Pənahov - Qazax rayonu, S. Nəsirov adına Ürkməzli kənd tam orta məktəb



Azərbaycan Silhalı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi Rövşən Pənahovun qızı Nilay Pənahzadə - M.Həsənov adına kənd tam orta məktəb



Aytən Zəhra
 

Mənbə: azvision.az