Kadırov ABŞ prezidentini Çeçenistana səfərə dəvət edib

Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ prezidenti Co Baydeni ölkəsinə səfərə dəvət edib.

Bu barədə Kadırov Teleqram kanalında yazıb.

O, BMT kürsüsündə Baydenin Çeçenistanda cinsi azlıqların hüquqlarının pozulması ilə bağlı açıqlamasına cavab olaraq bu dəvəti edib: “Əfqanıstandan əsgərləri utancla geri qaytaran Bayden heç bir səbəb olmadan birdən-birə Çeçenistanı xatırlatmağa başladı.

ABŞ prezidenti olaraq onun bir sıra absurd bəyanatlarından və hərəkətlərindən hələ də qurtula bilməmişik. O, artıq bizi yeni qəribə və absurd açıqlamaları ilə sevindirir.

Bayden belə bir absurd açıqlama verdi, buna cavab olaraq onu yalnız respublikamıza dəvət edə bilərəm”.

Qeyd edək ki, çərşənbə axşamı, BMT-də çıxış edən ABŞ Prezidenti beynəlxalq birliyi Çeçenistan və Kamerunu ayrıca vurğulayaraq, dünyada cinsi azlıqların hüquqlarını qorumaq üçün kollektiv addımlar atmağa çağırıb

Mia.az

ƏVVƏLKİ XƏBƏR

Narkomaniya ən çox hansı BÖLGƏLƏRDƏ YAYILIB? - SİYAHI

SONRAKI XƏBƏR

Aşıq Zülfiyyə "ikinci restoran"ı ilə bağlı fikirlərə aydınlıq gətirdi