ABŞ və Avropa İttifaqı vaksinlərin yoxsul ölkələrə verilməsində əməkdaşlıq edəcək

ABŞ və Avropa İttifaqı koronavirusa qarşı peyvəndləri aztəminatlı ölkələrə köçürmək və bu sahədə yanlış məlumatlarla mübarizə aparmaq üçün birgə fəaliyyət göstərəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden videokonfrans vasitəsi ilə keçirilən pandemiya ilə mübarizə sammitinin açılışında deyib.

"Bu gün tərəfdaşlarımızla daha yaxından işləmək və qlobal vaksinasiyanı genişləndirmək üçün birgə fəaliyyətə başlayırıq", - Bayden bildirib.

Bayden gələn ilin ilk yarısında koronavirusla mübarizə mövzusunda zirvə görüşü keçirməyi də təklif edib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Zabit Səmədov növbəti döyüşünü Qroznıda keçirəcək

SONRAKI XƏBƏR

21 yaşlı Şuşa fatehi - VİDEO