Radada Qırğız Respublikasının Ukraynadakı diaspor nümayəndələri ilə görüş olub

Radada Qırğız Respublikasının Ukraynadakı diaspor nümayəndələri ilə görüş olub

Bu gün Ukrayna Azərbaycanlıları Radasının ofisində UAR baş katibi Ceyhun Məmmədov Türk Şurasına daxil olan Qırğız Respublikasının Ukraynadakı diaspor nümayəndələri ilə görüşüb.
Yeniavaz.com xəbər verir ki, Qırğızıstan Ticarət və Sənaye Palatasının Ukrayna, Rumıniya, Bolqarıstan Respublikası və Moldova Respublikasındakı nümayəndəsi Azamat İsmayilov, Ukraynadakı Qırğızıstan diasporunun rəhbəri Şerali Jenaliev və iş adamı, "Amin Trading" şitkətinin qurucusu Suyunbek Myrzakanovun iştirak etdiyi görüşdə diasporlar arası əlaqələrin gücləndilməsi və perespektivləri müzakirə olunub.
Qonaqları salamlayan UAR baş katibi vurğulayıb ki, gücümüz birliyimizdədir. "Bizlər "Fikirdə, sözdə və işdə birlik" ideyası ətrafinda potensialımızı birləşdirməyi bacarmalıyıq", - deyən Məmmədov diaspor quruculuğu sahəsindəki təcrübələrini və imkanlarını paylaşmaqdan məmnun olacaqlarını bildirib.
Görüşdə çıxış edən Qırğızıstan Ticarət və Sənaye Palatasının Ukrayna, Rumıniya, Bolqarıstan Respublikası və Moldova Respublikasındakı nümayəndəsi Azamat İsmayilov qardaş xalqların diaspora quruculuğuna dəstəyinin vacibliyini vurğulayıb. "Bizlər Türk Şurası çərçivəsində əməkdaşlığimızı artırmalıyıq. Türk Şurası adı altında proyektlər həyata keçirməli və bu sahədə digər ölkələrə nümunə olmalıyıq", - deyən İsmayılov, əlaqələrin daha da gücləndirilməsi üçün iqtisadi sahədəki əməkdaşliğın vacibliyini vurğulayıb.
Daha sonra qonaqlara Azərbaycanın zəfəri ilə bitən II Qarabağ müharibəsi haqqında məlumat verən baş katib onları 27 sentyabrda UAR ofisində təşkil olunacaq fotosərgiyə dəvət edib.

Mənbə: www.yeniavaz.com