Makronla Bayden danışdı: Müqaviləyə xitam veriləcəkmi?

Makronla Bayden danışdı: Müqaviləyə xitam veriləcəkmi?

Fransa Prezidenti Emmanuel Makrola amerikalı həmkarı Co Bayden arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, liderlər sualtı gəmilərlə bağlı müqaviləyə xitam verilməsi ilə bağlı vəziyyəti müzakirə ediblər və güvən təmin edən şərait yaratmağa yönəlmiş məsləhətləşmələrə başlamağı qəbul ediblər.

Qeyd edək ki, Avstraliya Fransa ilə 90 milyard Avstraliya dolları (56 milyard avro) dəyərində olan sualtı qayıqlarla bağlı müqavilədən çıxıb və ABŞ və Britaniya ilə AUKUS sazişi imzalayıb. Bu isə Fransanın kəskin etirazına səbəb olub və Paris ABŞ və Avstraliyadakı səfirlərini geri çağırıb. Fransa xarici işlər naziri Jan İv Lö Drian sazişin ləğvini xəyanət olaraq dəyərləndirib və Fransanın kürəyindən vurulduğunu deyib.

 

Mənbə: axar.az