ABŞ-ın enerji naziri: "Dinc məqsədlə atom hazırlamağa qərar verən ölkələrlə işləməyə hazırıq"

ABŞ dinc məqsədlərlə atom hazırlamağa qərar verən ölkələrlə işləməyə hazırdır.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın enerji naziri Cennifer Qrenholm Varşavada keçirilən konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, ölkəsi nüvə texnologiyasını inkişaf etdirmək üçün Mərkəzi və Şərqi Avropa ölkələrinin hökumətləri və özəl investorlarla işləməyə hazırdır.

"Bayden rəhbərliyi daha çox karbonsuz enerji istehsal edəcəyimizə inanır", - Qrenholm bildirib.

Onun sözlərinə görə, bir çox ölkələr hələ də Paris anlaşmasına əsasən zərərli tullantıları azaltmaq üçün nüvə enerjisinin əhəmiyyətini anlamırlar.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Üstünə “pulsuz maşın“ yazılan avtomobildə cəsəd tapdılar - TƏFƏRRÜATLAR

SONRAKI XƏBƏR

Litva Müdafiə Nazirliyi: “Çin telefonlarından istifadə etməyin”