Stoltenberq və Quterreş nədən danışıblar?

Stoltenberq və Quterreş nədən danışıblar?

NATO Baş katibi Yens Stoltenberq və BMT Baş katibi Antonio Quterreşin görüşü olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə NATO məlumat yayıb.

Bildirilib ki, BMT Baş Assambleyası çərçivəsində baş tutan görüşdə Əfqanıstandakı vəziyyət və iqlim dəyişikliyi müzakirə edilib.

Tərəflər beynəlxalq sülh və təhlükəsizlik, terrorla mübarizədə əməkdaşlığın dərinləşdirilməsi məsələlərinə sadiqliklərini dilə gətiriblər.

Stoltenberq risk altındakı əfqanların təhlükəsizliklərinin təmin olunması üçün görülən işlərlə bağlı Quterreşi məlumatlandırıb.

Görüşdə “Taliban”ın təhlükəsiz təxliyyə, insan hüquqları və terrorizmlə əlaqədar öhdəliklərini yerinə yetirməsinin vacibliyinə diqqət çəkilib.

Mənbə: qafqazinfo.az