Azərbaycan və Türkiyə arxeologiya və restovrasiya üzrə əməkdaşlıq edəcək

Azərbaycan və Türkiyə arxeologiya və restovrasiya üzrə əməkdaşlıq edəcək

“Azərbaycan Türkiyənin elmi təcrübəsindən yararlanmaq istəyir”.

“Report” xəbər verir ki, bunu azərbaycanlı jurnalistlərə açıqlamasında Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy deyib.

Onun sözlərinə görə, Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla keçirilmiş görüşlərdə əsasən arxeoloji qazıntılar və restovrasiya ilə bağlı müzakirələr aparılıb: “Hazırda iki tərəf əməkdaşlıq üçün protokol hazırlayır. Ortaq layihələrə dəstək verəcəyik. Əsas müzakirə mövzularından biri kadr ehtiyatının sistemli şəkildə hazırlanması, eyni zamanda, türkiyəli mütəxəssislərin Azərbaycanın arxeologiya və restovrasiya layihələrində iştirakı ilə bağlıdır”.

Mənbə: report.az