Beş nazirin telefonunda “Pegasus” tapıldı

Fransa hökumətinin beş naziri İsrail istehsalı olan “Pegasus” casus proqramı. Bu barədə “Mediapart” müstəqil nəşri jurnalist araşdırmasından sonra yazıb.

Jurnalistlər müəyyən edib ki, 2019 və 2020 -ci illərdə Fransa xüsusi xidmət orqanlarının əməkdaşları Nazirlər Kabineti üzvlərinin cihazlarında “Pegasus”un izlərini aşkar edib.

Qeyd olunur ki, söhbət təhsil naziri Jan-Mişel Blanker, ərazi inkişaf naziri Jaklin Qur, kənd təsərrüfatı naziri Julyen Denormandi, yaşayış tikililəri naziri Emmanuel Vargon və dənizlər arxası ərazilər üzrə nazir Sebastyan Lekornüdən gedir.

Bəzi mütəxəssislərin fikrincə, proqram təminatının qurbanları ayrı vaxtlarda Fransanın baş naziri Eduard Filippe, 14 nazir və prezident Emmanuel Makron ola bilərdi.

virtualaz.org

Virtualaz.org

ƏVVƏLKİ XƏBƏR

İspaniya Palma adasını fəlakət zonası elan edir

SONRAKI XƏBƏR

Ermənistan sülh müqaviləsindən niyə qorxur? – PƏRDƏARXASI MƏQAMLAR