Taliblər ölüm cəzası və əzaların kəsilməsi praktikasına qayıdacaq

Taliblər ölüm cəzası və əzaların kəsilməsi praktikasına qayıdacaq

“Taliban” Əfqanıstanda ölüm cəzası və əl-ayaqlarının kəsilməsi praktikasına qayıtmaq niyyətindədir. Bunu “Associated Press”-ə müsahibəsində Penitensiar Komissiyanın sədri Nurəddin Torabi deyib.

Torabi, beynəlxalq ictimaiyyətin ölkənin daxili işlərinə müdaxiləsini qınayıb: "Hamı bizi stadiondakı edamlara görə tənqid edir, amma biz heç vaxt onların qanunları və cəzaları haqqında heç nə demirik. Heç kim bizə göstəriş verməməlidir. İslam dininə riayət edəcəyik və öz qanunlarımızı quracağıq ".

Mənbə: virtualaz.org