ABŞ "Taliban"la məhdud maliyyə əməliyyatlarına icazə verib

ABŞ "Taliban"la məhdud maliyyə əməliyyatlarına icazə verib

ABŞ Maliyyə Nazirliyi Əfqanıstanda humanitar əməliyyatlarla əlaqədar olaraq "Taliban" ilə məhdud maliyyə əməliyyatlarına icazə verib.

"Report" bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

Məlumata görə, bu icazə ABŞ hökumətinə, qeyri-hökumət təşkilatlarına və BMT də daxil olmaqla bəzi beynəlxalq təşkilatlara "Taliban"la müqavilə bağlamağa imkan verir.

Məqsəd əfqanların humanitar ehtiyaclarını təmin etməkdir.

Mənbə: report.az