Bunun üçün Azərbaycanın izi ilə getməliyik - Bereza

Bunun üçün Azərbaycanın izi ilə getməliyik - Bereza

Azərbaycanın izlədiyi yolu izləməli, ordunun gücünü və döyüş qabiliyyətini artırmalı, Bakının etdiyi kimi müəyyən vəzifələri yerinə yetirmək üçün böyük tərəfdaşları cəlb etməliyik.

Axar.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının keçmiş deputatı Borislav Bereza deyib.

"Məsələn, Türkiyə Azərbaycan üçün belə bir tərəfdaşdır", - o bildirib.

Berezanın sözlərinə görə, Ukraynanın Krımı geri ala bilməsi üçün Rusiyanın böyük siyasi böhranlar yaşaması lazımdır, ABŞ, Avropa və Böyük Britaniya isə bu işdə ən böyük müttəfiqlərdir:

“Bunun üçün Ukraynanın böyük müasir ordu yaratması və enerjili diplomatik addımlar atması gərəkdir".

Mənbə: axar.az