Türkiyə hərbçiləri terrorçulara qarşı xüsusi əməliyyatda 6 silahlını zərərsizləşdirib

Türk Silahlı Qüvvələri xüsusi əməliyyat nəticəsində PKK-nın daha 6 terrorçusunu zərərsizləşdirib.
"Report"un Türkiyə bürosu xəbər verir ki, qısa müddət ərzində xüsusi əməliyyatla məhv edilən terrorçuların, "Sülh çeşməsi" əməliyyat zonasına hücum hazırlığında olduğu müəyyən edilib.

Qeyd edək ki, 1984-cü ildə meydana çıxan PKK terror təşkilatının silahlıları Türkiyədə bir sıra cinayətlər həyata keçirərək, təhlükəsizlik qüvvələrinin 7 500 əməkdaşını, habelə 6 800 dinc sakini qətlə yetiriblər.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil edib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Aktyorların qazancları nə qədərdir?

SONRAKI XƏBƏR

Uyğurlar kilsəni məscidə çevirdilər