Bu ölkələrlə əməkdaşlıq edirik – Rusiya kəşfiyyatı

Rusiya Xarici Kəşfiyyat Xidməti Əfqanıstan məsələsi ilə bağlı regionun bütün xüsusi xidmət orqanları, o cümlədən İran və Pakistanla əməkdaşlıq edir.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib.

“Əfqanıstanda vəziyyətin normallaşması artıq bütün regional güclərin, Mərkəzi Asiya ölkələrinin, Çin, Hindistan, Pakistan, İranın və əlbəttə ki, Rusiyanın səlahiyyətindədir. Buna görə də kəşfiyyatların bir yerdə işləməsi çox vacibdir və deyə bilərəm ki, adlarını çəkdiyim bütün ölkələrlə əməkdaşlıq edirik”, - Narışkin bildirib.

 

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Rüfət Dadaşov oynadı, komandası heç-heçə etdi

SONRAKI XƏBƏR

Fransadakı Azərbaycan səfirliyinin binasına ermənilər hücum edib – FOTO