Sabah Türkdilli Ölkələrin XİN rəhbərləri İstanbulda bir araya gələcək

Sabah Türkdilli Ölkələrin XİN rəhbərləri İstanbulda bir araya gələcək

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin sabah İstanbulda toplantısı olacaq.

Bizim.Media Türkiyənin Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Əfqanıstan mövzusunda müzakirələr aparılacaq fövqəladə iclas Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvətilə baş tutur.


İclasda Türk Şurasına üzv olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın, müşahidəçi qismində isə Macarıstanın xarici işlər nazirləri iştirak edəcəklər.

Mənbə: bizim.media