Pentaqon PKK-ya 177 milyon dollar xərcləyəcək 778 milyard dollarlıq BÜDCƏDƏ GÖSTƏRİLİB...

Pentaqon PKK-ya 177 milyon dollar xərcləyəcək 778 milyard dollarlıq BÜDCƏDƏ GÖSTƏRİLİB...

ABŞ Müdafiə Nazirliyi tərəfindən Suriyanın şimalındakı YPG/PKK silahlılarının hərbi potensialını gücləndirmək üçün 2022-ci ildə 177 milyon dollar ayrılacaq. Virtualaz.org xəbər verir ki, bu xərclər bəndi Pentaqonun gələn il üçün büdcəsində yer alır. Büdcə layihəsi təsdiqlənmək üçün bu gün Konqresin müzakirəsinə təqdim edilib.

Ötən gün sentyabrın 25-də Konqresin Nümayəndələr Palatası 316 səslə büdcəni təsdiqləyib. Layihəyə əsasən Pentaqonun ümumi büdcəsi 778 milyard dollar olacaq. Həmin vəsaitin 522 milyon dolları İraq və Suriyada İŞİD-lə mübarizəyə sərf olunacaq. Vəsaitin 345 milyon dolları İraq üçün nəzərdə tutulub, Suriya üçün nəzərdə tutulan məbləğ isə 177 milyon dollardır.

 

Həmin vəsaitin demək olar ki, hamısı ABŞ-ın “Suriya Demokratik Qüvvələri” adlandırdığı və kürdlərdən ibarət silahlı birləşmələrə xərclənəcək. Həmin silahlı birləşmələr YPG/PKK terrorçularından təşkil olunub. ABŞ-ın YPG/PKK terrorçularına dəstəyi Türkiyə ilə Vaşinqton arasında son illər yaranan soyuqluğun əsas səbəblərindən biridir. Prezident Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün səfər etdiyi Nyu-Yorkda jurnalistlərə açıqlamasında ABŞ-ın Suriya və İraqda terrorçulara dəstək verərək Türkiyə ilə müttəfiqlik münasibətlərini zədələdiyini bildirib.

 

 

Mənbə: virtualaz.org