Tunisdə Prezident əleyhinə aksiya keçirildi

Tunisdə Prezident əleyhinə aksiya keçirildi

Eastnews.org-un verdiyi xəbərə görə, Tunisdə Prezident Qeys Səidin məhkəmə, idarə etmə və qanunvericilik orqanlarını öz səlahiyyətinə verməsi etirazla qarşılanıb.

Bu barədə yerli mənbələr məlumat yayıblar.

Məlumatda vurğulanır ki, Tunisin cənubundakı Safaks şəhərində yüzlərlə insan etiraz aksiyası keçirib.

Aksiyaya qatılanlar diktatura və təzyiq siyasəti əleyhinə şüarlar səsləndiriblər.

Mənbə: Reuters

Mənbə: eastnews.org