Fransadakı Türkiyə konsulluğuna hücum edən erməni ev dustağı oldu

2016-cı ildə Fransanın Marsel şəhərində Türkiyənin Baş Konsulluğuna edilən hücumda iştirak edən iki şəxsdən birinə 6 aylıq ev dustaqlığı verilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Anadolu agentliyi yayıb.

Mənbə yazır ki, hücum edən etnik ermənidir.

İşə 24 sentyabr cümə günü Marsel Apellyasiya Məhkəməsində baxılıb.

Konsulluğun binasına atılan Molotov kokteyli olan şüşələrdən birində müttəhimin barmaq izləri aşkar edilib.

Hakim Karina Saburin ermənini elektron bilərzik taxmaqla 6 ay ev dustaqlığına məhkum edib.

Hücumu törədən ikinci şəxsin kimliyi müəyyən edilməyib.

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

"Real" Mbappeni nə vaxt transfer edir? - Peres açıqladı

SONRAKI XƏBƏR

Azərbaycanlı iş adamının qardaşı oğlu Minskdə qəza törədib?