Azərbaycan ordusunun gücü və Prezident İlham Əliyevin iradəsi nəticəsində torpaqlar işğaldan azad edildi - Cahit Bağcı - VİDEO

Azərbaycan ordusunun gücü və Prezident İlham Əliyevin iradəsi nəticəsində torpaqlar işğaldan azad edildi - Cahit Bağcı - VİDEO

30 illik bir kədərə, həsrətə son qoyan 44 günlük müharibədən bəhs etmək çox önəmli və dəyərlidir. Ümummilli lider Heydər Əliyevin vəsiyyətində ən başlıca istəyi Qarabağın işğaldan azad olunması idi. Azərbaycan ordusunun gücü və Ali Baş Komandan Prezident İlham Əliyevin iradəsi nəticəsində torpaqlar işğaldan azad edildi.

Bu sözləri Trend-ə müsahibəsi zamanı Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı bildirib.

Səfir ötən ilin iyul ayında ermənilərin Tovuzda törətdiyi hərbi təxribatın, Genral-mayor Polad Həşimov və onun əsgərlərinin, komandirlərinin şəhid olmasının, Azərbaycanın səbr kasasını dolduran son damla olduğunu qeyd edib:

“27 sentyabr ermənilərin bütün cəbhələrdə başlatdığı hücumlara Azərbaycan ordusu çox güclü qarşılıq verdi.

44 günlük Vətən müharibəsində Türkiyə Azərbaycana həm siyasi, həm də mənəvi dəstək oldu. Bu mərhələdə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycanın haqlı mübarizəsində, ərazi bötövlüyünü bərpa etməsində Azərbaycanın yanında olduğunu bütün dünyaya bildirdi.

Qarabağda, Xocalıda yaşananları bütün dünya bilirdi. Lakin laqeyd yanaşırdılar. Ötən həftə Türkiyə, Azərbaycan, Pakistan ombudsmanları Qarabağ bölgəsinə səfər edərək orada monitorinq keçirdilər. 30 illik işğal dövründə dağıdılan, təhrif edilən mədəni-irsi abidələrin, eyni zamanda Tərtərdə, Gəncədə sivil insanlara qarşı törədilən təxribatların, atılan roketlərin qalıqlarının şahidi oldular.Onlar bu haqda hesabat yazaraq, Azərbaycanda, Qarabağda yaşananları beynəlxalq ictimaiyyətə çatdıracaqlar.

Şuşa bəyannaməsindən bəhs edən C.Bağcı 100 il əvvəl Qars müqaviləsinə atılan imza ilə Şuşa bəyənmasinə atılan imzanın eyni dəyərdə olduğunu vurğuladı:

“Şuşa bəyannaməsi Azərbaycan və Türkiyə arasında olan münasibətlərin gələcəyinə dair atılan bir möhürdür. Bəyannamədə iki əsas mövzu var.Birincisi Azərbaycan və Türkiyə münasibətlərinin stratejik əməkdaşlıq səviyyəsinə çatdırmaq, ikincisi isə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi və dərinləşdirilməsidir.

Bizim tək məqsədimiz Türkiyə və Azərbaycan münasibətlərini sağlam və sarsılmaz edərək daha yüksək səviyyələrə çatdırmaqdır.”

Mənbə: az.trend.az