“İran-ermənipərəst şəbəkə total hücuma keçib”

“İran-ermənipərəst şəbəkə total hücuma keçib”

“Artıq tapşırıq aldılar. Total hücuma keçiblər. İrançı-erməniçi şəbəkəni deyirəm. Daşnaksyutun, Hüseyniyyun, Əhli-Beyt, Baba Pünhan kimi adların arxasından şəxsimə qarşı ən ləyaqətsiz formalarda təhqirlər yağdırırlar. Təsəllimiz odur ki, söylədiyimiz birbaşa hədəfə dəyir. Özləri başlayırlar, sonra bir qisim savadsız turançıları, səfəviçiləri, cibheyi-xəlqi, söyüş müxalifətini də işə qoşurlar. Ancaq yenə də rahatsız edəcəyəm sizləri - gözlərini QUM örtmüş Vətən xainləri! Bu da bizim səngərimizdir, bu da bizim Vətən sərhəddimizdir”.

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Musafa bildirib.

“Ölkəmiz üzərinə ideoloji basqıya biganə yanaşmaq xarakterimizə ziddir. Ancaq qüvvələrini, şəbəkələrini hər yerə yerləşdiriblər. Vaxtilə komitə sədri, nazir müavini, səfir səviyyəsində kadrları vardı. Təhsil, təhlükəsizlik, hüquq-mühafizə, diplomatiya, dini birliklər, səhiyyə, dövlət orqanları- kəsəsi bütün sahələrə sızıblar, bütün sahələrdə himayəçiləri var. Və bizlər də bu Vətənin, bu millətin himayəsindən çıxıb hər birimiz onun ayrıca qoruyucusuna, müdafiəçisinə, hücumçusuna çevrilmədikcə ayrı-ayrılıqda sıradan çıxarmağa, nüfuzdan salmağa çalışacaqlar. Bu məsələdə bütün sağlam düşüncəli və məsuliyyətli azərbaycanlının birlikdəliyi çox vacibdir” – F.Mustafa qeyd edib.

Mənbə: pravda.az