“Təəssüflər olsun ki, Azərbaycan bütün bu problemləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırsa da, müvafiq reaksiya görməyib”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə XİN ilə Müdafiə Nazirliyinin birgə brifinqində deyib.
O bildirib ki, son 3 il ərzində Ermənistan minalar və silah-sursatın daşınmasını davam etdirib, eləcə də mülki əhalinin həyatına təhlükələr yaradıb: “Qanunsuz silahlı erməni dəstələri sülh və sabitliyə təhlükə idi. Təəssüf ki, bununla bağlı Azərbaycanın çağırışlarına cavab verilmirdi”.
***
Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazovun sözlərinə görə, Qarabağda inspeksiya sayəsində çox sayda silah-sursat aşkar olunub: “Silah-sursat əsas olaraq ferma kimi mülki obyektlərdə aşkar olunub. Tapılan minalardan bəzilərinin son illərdə istehsal edildiyi məlum olub. Bu faktlar Ermənistandan Qarabağa qanunsuz silah daşınmasının açıq-aşkar nümunəsidir”.
Mənbə: qafqazinfo.az