İrəvana 15 milyonluq qurğu göndərdim, mənimsəyib satdılar

İrəvana 15 milyonluq qurğu göndərdim, mənimsəyib satdılar

İki il ərzində Ermənistana 15 milyon dollar dəyərində tibbi qurğular göndərmişəm.

Axar.az xəbər verir ki, bunu erməni əsilli amerikalı messenant Mişel Sariyan Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanı nəzərdə tutaraq deyib.

“İndi öyrənirəm ki, müdafiə naziri əsgərlərin yanıqları üçün nəzərdə tutulan texnikanı mənimsəyərək, satıb. O, ölkə xaricinə satılıb. 700 min dollara satıb, pulunu mənimsəyiblər. Biabırçılıqdır” – deyə o bildirib.

 

Mənbə: axar.az