Saakaşvilinin vəziyyəti daha da pisləşdi

Saakaşvilinin vəziyyəti daha da pisləşdi

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin vəziyyəti daha da pisləşib.

Axar.az xəbər verir ki, bu barədə sabiq prezidentin vəkilləri məlumat yayıblar.

Onların sözlərinə görə, eks-prezident mənəvi cəhətdən möhkəmdir və Gürcüstan vətəndaşlarını cümə axşamı yenidən etiraz aksiyasında iştirak etməyə çağırır.

Vəkillər qeyd ediblər ki, söhbət ümumxalq aksiyasından gedir. Saakaşvilinin digər müdafiəçisi Dimitri Sadzaqlişvili Penitensiar Xidmətdən siyasətçinin şəxsi həkiminin tibbi müayinə üçün Rustavi həbsxanasına buraxılmasını tələb edib.

 

Mənbə: axar.az