Ermənistan ordusunda hərbçilər zorla peyvənd edilir

Ermənistan ordusunda hərbçilər zorla peyvənd edilir

Peyvəndlərlə bağlı gərginlik Ermənistan Müdafiə Nazirliyinə çatıb. Ordu.az xəbər verir ki, erməni hərbçilər Ermənistanın “Yerevan.Today” nəşrinə onları hərbi hissədə daxili qaydada peyvənd olmaqla bağlı sənəd təqdim etməyə məcbur etdiklərini bildiriblər.

“Bizə məlumat verən hərbçilər bildirdilər ki, onlar arasında qorxu var ki, peyvəndlənmədən imtina etmək halında hərbçilərlə onların komandir heyəti arasında gərginlik yarana bilər. Deyiblər ki, imtina etmək halında hərbi hissədə problemlər yaşayacaqlar. Lakin Müdafiə Nazirliyi qeyd edir ki, bənzər şey yoxdur və bizə bildirilən məlumatlar reallığa uyğun gəlmir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
 

 

Mənbə: ordu.az