Erməni nazir müavinindən Azərbaycanla bağlı VACİB AÇIQLAMA

Erməni nazir müavinindən Azərbaycanla bağlı VACİB AÇIQLAMA

"Onların gəlib Ermənistanda keçiriləcək yarışa qatılmasında problem görmürəm".

Sonxeber.az-ın erməni KİV-inə istinadən verdiyi məlumata görə, bu sözləri erməni nazir müavini Karen Giloyan mətbuat konfransı zamanı çıxışında 2022-ci ildə Ermənistanda keçiriləcək boks üzrə Avropa Çempionatına Azərbaycan təmsilçilərinin qatılıb-qatılmayacağı məsələsinə toxunarkən bildirib.

O özünün də daha əvvəl Bakıda səfərdə olduğunu vurğulayıb:

"Şəxsən mən də Bakıda 2 dəfə olmuşam və müxtəlif idman yarışlarında iştirak etmişəm. Azərbaycanlıların Ermənistana gəlib, bu çempionatda iştirak etmələri üçün heç bir problem görmürəm. Çünki bu, bir idman növüdür və təhlükəsizliyi təmin etməyə borcluyuq və bunu yüksək səviyyədə təşkil edəcəyik".

 

 

 

Mənbə: sonxeber.az