Ermənistan separatçılara yardımı dayandırdı: Qarabağdakı ermənilərə müavinət verilmir

Ermənistan separatçılara yardımı dayandırdı: Qarabağdakı ermənilərə müavinət verilmir

Qarabağda yaşayan ermənilərə ödənilən 68 min dram (140 dollar) müavinətin verilməsi dayandırılıb.

Qaynarinfo erməni mənbələrinə istinadən xəbər verir ki, bu barədə İrəvandakı QHT-lər məlumat yayıb. Məlumatda deyilir ki, hökumət yeni ilin büdcəsində Qarabağda yaşayan ermənilər üçün aylıq müavinəti 25 min drama (50 dollara) endirib. Rəsmi qurumlar müavinət və yardımların dayandırılmasının səbəbini açıqlamayıb.

QHT nümayəndələri bildirir ki, hazırda hökumət rəsmiləri 25 min dram məsələsini müzakirə etsələr də, onun nə zaman veriləcəyi barədə heç nə demirlər: "İndi 25 min dramdan danışırlar. Hesablamalar apardılarmı? İstehlak səbəti ilə tanışsınızmı?”

İrəvanda fəaliyyət göstərən qondarma "Hadrut Uğrunda” təşkilatın rəhbəri Levon Hayıryan isə deyib ki, hazırda 168 min dram aylıq müavinət verilsə belə problemi həll etmək mümkün deyil. Onun sözlərinə görə, məsələ siyasi qərarla həllini tapmalıdır.

Hayryan "siyasi qərar” dedikdə separatçıların nəzərdə tutduğu məsələni dilə gətirib: "Ya Qarabağ müstəqil olmalıdır, ya da Ermənistana birləşdirilməlidir”.

Qeyd edək ki, Ermənistan hökuməti Qarabağdakı ermənilərin mənzil, tikinti, pensiya və kommunal xərclərinin qarşılanması məqsədi ilə 120 milyon dollar pul ayırıb. Bir ildir ödənilən həmin vəsaitin yeni ildən dayandırlması qərarlaşdırılıb.

Seyid

Mənbə: qaynarinfo.az