Koronaya yoluxma ehtimalım var idi, lakin... - Putin

Koronaya yoluxma ehtimalım var idi, lakin... - Putin

Ən yaxın çevrəmdə işləyən və təəssüf ki, xəstələnən insanlarla görüşərkən koronavirusa yoluxma ehtimalım var idi. Ancaq mütəxəssislərimizin qətiyyətlə dedikləri kimi, "Sputnik V" peyvəndimizin verdiyi qoruma sayəsində virusa yoluxmadım. Amma söhbət təkcə məndən getmir.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidenti Vladimir Putin çıxış edib.

"Bir yerə gedəndə 100-dən çox adam mənimlə gedir. Mətbuat xidməti, təhlükəsizlik işçiləri, sürücülər, protokol və s. Bu və ya digər şəkildə həyatını riskə atan çox adam var. Bu baxımdan nəzərə alınmalı bir şeylər var", - Putin qeyd edib.

 

Mənbə: axar.az