Kaçinski vəzifəsindən gedir

Kaçinski vəzifəsindən gedir

Polşanın hakim “Qanun və ədalət” partiyasının lideri Yaroslav Kaçinski Baş nazirin müavini postundan getməyə hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “PAP” agentliyi məlumat yayıb. Kaçinskinin bu qərarı partiya üzərində nəzarəti artırmaqla əlaqədar atılıb. Belə ki, vəzifəsi səbəbindən siyasətçi partiya qərargahına yalnız həftədə bir dəfə gedə bilib ki, bunu da yetərsiz hesab edir.

Eyni zamanda, Kaçinski hakim partiyadan olan deputatlarla görüşdə partiyaya dəstəyi gücləndirmək üçün onları sosial şəbəkələrdə aktivliyi artırmağa çağırıb.

Mənbə: qafqazinfo.az