Nikolla Putinin görüşündən sonra yük karvanına atəş...

Qarabağda erməni terrorçular Suqovuşandan Kəlbəcərə gedən mülki avtomobil karvanına atəş açdı: bu, 10 noyabr bəyanatının 4-cü bəndinin – erməni qoşunların çıxarılması – icrasının zəruriliyini bir daha gündəmə gətirir.

Oktyabrın 12-də Putin-Paşinyan görüşü keçirildi;

Oktyabrın 13-də Əliyev İtaliya mediasına müsahibəsində rus sülhməramlılarının fəaliyyətini müsbət qiymətləndirdi, həm də “həl etməli olduqları müəyyən məsələlərin olduğunu” vurğuladı.

Əliyev erməni qoşunların çıxarılması haqda Soçi görüşündən öncə, həm də ilk dəfə “Anadolu” agentliyinə müsahibəsində açıqlamışdı. Soçi görüşündə xüsusilə bölgədə əməkdaşlıq platformasının yaradılması istiqamətində razılığın olduğu ehtimalı ön plandadır, proseslərin inkişafı bunu göstərir, Paşinyanın Moskvada Putinlə apardığı danışıqların da əsas məzmunu üçtərəfli bəyanatların icrası, regional əməkdaşlığın qurulması üzərində idi.

Bu görüşdən sonra ermənilərin mülki karvanı atəşə tutması 4-cü bəndin icrasına ciddi əsas yaradır: Moskva və Ankaranın istədiyi əməkdaşlıq platforması üçün Bakı və İrəvan arasındakı məsələlər həll edilməlidir, bu prosesdə əsas punktlardan biri də qoşunların çıxarılması olmalıdır;

Putin-Paşinyan görüşündən sonra - oktyabrın 13-də Moskvada Kirill, Paşazadə və Qareginin birgə bəyanatında vurğulanan “Azərbaycan və erməni xalqları üçün birlikdə yaşamaqdan başqa gələcək yoxdur” sözləri də baş verənlər fonunda təsadüfi deyil.

Rəsmi Bakı Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası ilə bağlı dövlət proqramı hazırlayır.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Dövlət Məşğulluq Agentliyi 190 manat məsələsi ilə bağlı MƏLUMAT yaydı

SONRAKI XƏBƏR

Bu hərbçilərimiz hələ də itkindir - FOTO