“Past”: Erməni hərbçiləri keçmiş hakimiyyət nümayəndələrinə qarşı yalan ifadə verməyə inandırmağa çalışırlar

“Past”: Erməni hərbçiləri keçmiş hakimiyyət nümayəndələrinə qarşı yalan ifadə verməyə inandırmağa çalışırlar

“Sirr deyil ki, 2020-ci ilin 44 günlük müharibəsindən sonra Nikol Paşinyan və onun komandası günahı, məsuliyyəti özlərindən uzaqlaşdırmaq üçün ardıcıl şəkildə günahkarlar axtarmaqla və təyin etməklə məşğuldur”. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr bildirib ki, Vətəndaş Müqaviləsi Partiyasının üzvləri müharibənin və bu müharibədə kapitulyasion məğlubiyyətin əsl səbəblərinin hakimiyyət dəyişdikdən sonra üzə çıxacağını gözəl başa düşürlər.

Məlumata görə, hüquq-mühafizə orqanları erməni hərbçiləri keçmiş hakimiyyət nümayəndələrinə qarşı yalan ifadə verməyə nə qədər inandırmağa çalışsalar da, indiyə qədər heç bir nəticə əldə olunmayıb.
 

 

Mənbə: ordu.az