“Gürcüstan ərazisindən silah tranziti bu gün Azərbaycanda əsas məsələ elan olunub. Amma Gürcüstanın Ermənistana imtina etmək üçün heç bir hüquqi əsası yox idi”.
Bu sözləri Yenisabah.az-la söhbətində gürcü politoloq Gela Vasadze deyib.
O, Fransanın ACMAT şirkətinə məxsus “Bastion” markalı ağır hərbi-zirehli texnikanın Gürcüstan vasitəsilə Ermənistana gətirilməsindən sonra rəsmi Bakı ilə Tbilisi arasında yaranmış soyuq münasibətin pərdəarxası məqamlarına münasibət bildirib.
Xatırladaq ki, fransız silahlarının Ermənistana ekstradisiya olunması faktını Poti limanı da təsdiqləmişdi. Gürcüstan uzun müddət bu ekstradisiyadan imtina etsə də, yekun olaraq Tbilisi silahların göndərilməsi ilə razılaşıb.
Onun sözlərinə görə, hazırda Ermənistan heç bir hərbi əməliyyat aparmır və gətirilən silahlar Rusiyaya məxsus deyil:
“İndiyə kimi Tbilisi tərəfindən bəyan edilən bu 2 əsas məqama İrəvan riayət edib və bundan imtina etməyib. Yeri gəlmişkən, Azərbaycan da bu qanunları gözəl bilir ki, Gürcüstan öz ərazisindən Rusiya silahlarının keçirilməsini qadağan edib. Lakin indiki situasiya fərqlidir. Ona görə də hesab edirəm ki, burada qeyri-adi və faciəvi bir durum yoxdur”.
Rafi MÜSLÜMOV
Mənbə: yenisabah.az