Putin qadın aparıcıya cavabı ilə gündəm oldu - FOTO + VIDEO

Oktyabrın 13-də “Rusiya Enerji Həftəsi”adlı beynəlxalq forumda iştirak edən Rusiya Prezidenti Vladimir Putinin ABŞ-ın “CNBC” telekanalının aparıcısı Hedli Qemba verdiyi cavab müzakirələrə səbəb olub.

“Qafqazinfo”nun xəbərinə görə, Putin aparıcının “Rusiya qaz boru kəmərləri ilə enerjini nəql etmədiyi halda Moskvanın Avropanın qaz nəqli məsələsində etibarlı tərəfdaş olduğuna necə inandıra bilər?” sualına cavab verərək deyib: “Gözəl, yaraşıqlı qadındır. Mən ona başqa şeydən danışıram, o, mənə başqa şey deyir. Elə bil mənim nə dediyimi eşitmədi”.

Rusiya lideri verdiyi cavabda Rusiyanın Avropaya qaz kəmərləri ilə qaz nəqlini artırmadığı barədə məlumatı təkzib edib və bildirib ki, Rusiya Avropaya qaz nəqlini 15 faiz artrıb.

Putinlə aparıcı arasında sözügedən dialoqdan sonra Hedli sosial şəbəkələrdə marağa səbəb olub. Onun özü isə Rusiyanın “Kommersant” qəzetində nəşr olunan Putinlə şəklini öz İnstaqram hesabında paylaşaraq “Mənim ən yaxşı rakursum” deyə şərh edib.

Günel İbrahimova



 

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyada cəzaçəkmə müəssisəsində qiyam qalxıb

SONRAKI XƏBƏR

II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalının birinci günü "Barokko musiqi axşamı" konsert proqramı ilə başa çatdı - FOTO