NATO Baş katibinin xüsusi nümayəndəsi Gürcüstana səfər edəcək

NATO Baş katibinin xüsusi nümayəndəsi Gürcüstana səfər edəcək

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Gürcüstana səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidmətinin məlumatda deyilir.

Qeyd olunub ki, səfər 19 oktyabrda baş tutacaq və bir gün davam edəcək.

“Avropa ilə inteqrasiya komitəsinin sədri Maka Boçorişvili və komitə sədrinin birinci müavini Levan Karumidze Brüsselə səfəri zamanı NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüblər. Xatırladaq ki, NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilk səfərini oktyabrın 19-20-də Gürcüstana edəcək ”, - deyə məlumatda bildirilib.

Mənbə: report.az