İran hələ də nüvə proqramı ilə bağlı dünya gücləri ilə danışıqlara qayıtmağa hazır deyil və yeni heyət yaxın bir neçə həftə ərzində Brüsseldə AB ilə görüşdə irəli sürüləcək mətnləri müzakirə etmək istəyir.
Axar.az xəbər verir ki, bunu Tehranda səfərdə olan Avropa Birliyinin ali nümayəndəsi Enrike Mora deyib.
E.Mora Tehranın danışıqlarda öz şərtlərini diktə etməyə çalışdığını vurğulayıb:
"Dialoq naminə danışıqlar aparmağı istəmədiklərini, praktiki nəticələr və nüvə müqaviləsinin necə həyata qaytarılacağına dair yekun razılaşma ilə bağlı danışmaq istədiklərini israr etdilər".
Brüssel görüşünü yaxşı fikir adlandıran səlahiyyətli nümayəndə bunun hər iki tərəfə iyundan bəri masada olan mətnlərlə tanış olmaq və İranın yeni heyətinin suallarını aydınlaşdırmaq üçün imkan olduğunu vurğulayıb.
Mənbə: axar.az