İranın Baş Qərargah rəisi Moskvaya gedir

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bakeri Rusiyaya səfər edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə İranın Moskvadakı səfirliyinin hərbi attaşesi Rza Xosravi Mokadam məlumat verib.

O, Bakerinin Rusiyanın müdafiə naziri Sergey Şoyqu tərəfindən dəvət edildiyini bildirib.

Məlumata görə, İranın Baş Qərargah rəisi Rusiya rəsmiləri ilə hərbi sahədə əməkdaşlığın inkişafı, terrorizmə qarşı mübarizə, həmçinin regional və beynəlxalq məsələləri müzakirə edəcək.

Yenisabah.az

ƏVVƏLKİ XƏBƏR

Qazaxıstanda bu peyvəndlər pullu olacaq

SONRAKI XƏBƏR

Ronaldo “qızıl top”a namizədini açıqladı