ABŞ Ankara-Afina danışıqlarını dəstəklədi

ABŞ Ankara-Afina danışıqlarını dəstəklədi

ABŞ Türkiyə ilə Yunanıstan arasındakı danışıqları dəstəkləyir, lakin Vaşinqton ümumiyyətlə digər ölkələr arasındakı dəniz sərhəd mübahisələrinə dair mövqe tutmur.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays danışıb.

"Biz Yunanıstanla Türkiyə arasında kəşfiyyat danışıqlarının davam etdirilməsi də daxil olmaqla, Şərqi Aralıq dənizində gərginliyi azaltmaq səylərini dəstəkləyirik. Prinsipcə, bütün dövlətləri dəniz sərhədləri ilə bağlı problemləri dialoq yolu ilə və beynəlxalq hüquqa uyğun həll etməyə təşviq edirik", - N.Prays qeyd edib.

 

Mənbə: axar.az