Əfqanıstanlılar Azərbaycandan sığınacaq İSTƏYİB

Əfqanıstanlılar Azərbaycandan sığınacaq İSTƏYİB

“COVİD-19 pandemiyası ilə əlaqədar ölkədə giriş-çıxış məhdudiyyətləri tətbiq edildiyindən Əfqanıstan İslam Respublikası vətəndaşlarının qaçqın statusu verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydiyyata alınmamışdır”.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, DMX-nın İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Elnur Kələntərov bildirib. Bununla belə, qurum rəsmisi son 3 ayda xaricdə yaşayan 118 Əfqanıstan vətəndaşının Azərbaycandan sığınacaq almaq üçün müraciət etdiyini əlavə edib.

“Bununla belə, son 3 ay ərzində Əfqanıstanda baş verən hadisələrlə əlaqədar olaraq Azərbaycanda sığınacaq almaq niyyətində olan və hazırda Azərbaycan Respublikasının hüdudlarından kənarda olan ümumilikdə 118 nəfər Əfqanıstan İslam Respublikası vətəndaşı barədə elektron məlumatlar həm bilavasitə, həm də digər dövlət qurumları vasitəsilə Dövlət Miqrasiya Xidmətinə daxil olmuşdur. Həmin məlumatlara qanunvericiliyin tələblərinə əsasən baxılmışdır”,- deyə qeyd edib.

Mənbə: modern.az