Erməni ictimai xadim: “Tonoyana İordaniyadan 10 dəfə baha qiymətə alınmış “silah”ları xatırladın”

Erməni ictimai xadim: “Tonoyana İordaniyadan 10 dəfə baha qiymətə alınmış “silah”ları xatırladın”

“Müharibədəki məğlubiyyətin və milli biabırçılığın memarı olan David Tonoyan ağasını təhdid edir ki, danışacaq və bunun nəticəsində dövlətlərarası skandal olacaq”. Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistanın “Vətəndaş şüuru” ictimai təşkilatının sədri Narek Samsonyan yazıb.

Samsonyanın sözlərinə görə, indi Davit Tonoyan Paşinyanı baş verənləri danışmaqla təhdid edir və bu təhdidlə ticarət etməyə çalışır.

“P.S. Bir də Tonoyanın vəkillərindən xahiş edək ki, ona İordaniyadan 10 dəfə baha qiymətə alınmış “silah”ı xatırlatsın. Və sual verin ki, bu silahlar nə oldu?”, - deyə o bildirib.

Alpər Mövludoğlu

 

Mənbə: ordu.az