Çavuşoğlu qızına toy etdi - FOTO

Çavuşoğlu qızına toy etdi - FOTO

Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlunun qızının nikahı olub.

Milli.Az türk mediasına istinadənxəbər verir ki, Eylül İrem Çavuşoğlu sabiq deputat Ali Koyuncunun oğlu Sefa Koyunçu ilə ailə həyatı qurub.

Mərasimdə millət vəkilləri, siyasi xadimlər iştirak ediblər.

Çavuşoğlu və Koyuncu ailəsi arasındakı razılığa əsasən toya dəvət edilən qonaqların hər birinin adına Antalyanın yanğın bölgəsində fidan əkiləcək.

Nikah mərasimindən fotoları təqdim edirik:

Milli.Az

Mənbə: news.milli.az