Ərdoğan PUA-lardan danışdı - “Bir nömrəli olacağıq”

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Anqola İş Forumunda çıxış edib.

Teleqraf.com xəbər verir ki, qardaş ölkə lideri çıxışında yeni mesajlar verib.

Ərdoğan Türkiyə müdafiə sənayesinin əhəmiyyətindən danışaraq pilotsuz uçuş aparatlarını dünyada bir nömrə edəcəklərini bildirib:

“Pandemiya dövründə G-20 ölkələri problem yaşayanda biz böyüyən ikinci ölkə olduq. 2021-ci ili 9 faiz artımla tamamlayacağımızı proqnozlaşdırıram. Pilotsuz uçuş aparatları (PUA) sahəsində yeni texnologiyalarla dünyanın bir nömrəli ölkəsi olacağımıza inanıram. Quru və dəniz vasitələrində öz ehtiyaclarını ödəyən ölkə olmaq istiqamətində irəliləyirik”.

Türkiyə prezidenti əlavə edib ki, gələn ilin sonunadək elektrikli avtomobillərin istehsalı başa çatacaq.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Məktəblərdə yoluxma sayı artır – TƏHSİL MÜƏSSİSƏLƏRİ BAĞLANA BİLƏR?

SONRAKI XƏBƏR

ASCO gəmiləri Baltik və Şimal dənizlərində yükdaşıma həyata keçirəcək