Saakaşvili xəstəxanaya köçürülə bilər

Saakaşvili xəstəxanaya köçürülə bilər

Həkimlər sabah Rustavi həbsxanasında həbsdə olan eks-prezident Mixail Saakaşvilini ziyarət edəcək.

Axar.az xəbər verir ki, bu barədə ölkənin Pirveli televiziyası məlumat yayıb.

"Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidzenin müraciəti əsasında yaradılan altı nəfərdən ibarət həkim qrupu onu ziyarət edəcək. O, 18-ci gündür aclıq aksiyası keçirir. Ola bilsin ki, Gürcüstanın üçüncü prezidenti "Vivamed" klinikasına köçürülsün", - məlumatda bildirilib.

Qeyd edək ki, "Vivamed" klinikası məhkumların müalicə aldığı tibb mərkəzidir.

 

Mənbə: axar.az