Bayden bu prosesi yaxından izləyir - Ağ Ev

Bayden bu prosesi yaxından izləyir - Ağ Ev

ABŞ Prezidenti Co Bayden Haitidə quldur dəstəsi tərəfindən qaçırılan uşaqlar da daxil olmaqla, 17 ABŞ missionerini xilas etmək üçün atılan addımları yaxından izləyir.

Axar.az xəbər verir ki, bunu Ağ Ev sözçüsü Cen Psaki deyib.

Qeyd edək ki, Haitinin Port-o-Prins şəhərində cinayətkarlar ABŞ-dan olan 17 xristian missoneri ailələri ilə birlikdə oğurlayıblar.

 

Mənbə: axar.az