Bu ölkədə lokdaun elan edildi

Bu ölkədə lokdaun elan edildi

Latviyanın Fövqəladə Hallar üzrə İdarəetmə Şurası 21 oktyabrdan 15 noyabr tarixinə qədər koronavirus pandemiyasından dolayı ölkə ərazisində karantin tədbirlərinin sərtləşdirilməsi ilə bağlı qərar qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Latviyanın səhiyyə naziri Daniel Pavlyut deyib.

Nazir bildirib ki, ölkədə bütün kütləvi tədbirlər qadağan edilir. Yalnız zəruri mal satışı və xidmət sahələri üzrə olan müəssisələr adi rejimdə fəaliyyətini davam etdirəcək

Onun sözlərinə görə, həmçinin Latviyada saat 20:00-dan 08:00-a qədər də komendant saatı elan edilib.

 

Mənbə: axar.az