On ölkənin səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb

ABŞ, Almaniya, Danimarka, Finlandiya, Fransa, Niderland, İsveç, Kanada, Norveç və Yeni Zelandiyanın Ankaradakı səfirləri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, barədə Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

Məlumata görə, diplomatlar Türkiyə hakimiyyəti tərəfindən 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə təqsirləndirilən Osman Kavalanın məhkəməsi ilə bağlı sosial şəbəkələrdə səsləndirdikləri ifadələrlə əlaqədar olaraq Xarici İşlər Nazirliyinə dəvət edilib.

“Diplomatlar Kavalanın sərbəst buraxılmasını tələb edərək, onun məhkəməsinin guya "Türkiyədə demokratiyaya və qanunun aliliyinə kölgə saldığını" söyləyiblər”, - deyə mənbə “Anadolu” agentliyinə bildirib.

Qeyd edilir ki, diplomatik missiya rəhbərlərinin bu gün səhər Türkiyə Xarici İşlər Nazirliyinə gəlişi gözlənilir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Tuxel: “Liverpul” və “Mançester Siti” etalon olduqlarını sübut ediblər”

SONRAKI XƏBƏR

Mesut Hakkı Caşin: Azərbaycanın Vətən müharibəsi dünya hərb tarixinin ən böyük uğurlarından biridir