Səudiyyə Ərəbistanı və ABŞ Qırmızı dənizdə hərbi təlimlərə başladı

Səudiyyə Ərəbistanı və ABŞ Qırmızı dənizdə hərbi təlimlərə başladı

Qırmızı dənizdə Səudiyyə Ərəbistanı ilə ABŞ arasında “Indigo Defender 21” birgə dəniz təlimi başlayıb.

Təlimlərə Səudiyyə Ərəbistanı Hərbi Dəniz Qüvvələrinin Qərb Donanmasının komandir müavini, admiral Mansur bin Saud əl-Cueyd və ABŞ Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi polkovnik Daniel Beyli rəhbərlik edir.

10 gün davam edəcək manevrlər iki ölkə arasında dəniz sahəsindəki əməkdaşlığın gücləndirilməsi, donanmalarının döyüş hazırlığının artırılması, limanların mühafizəsi, quruda və su altında minalardan təmizləmə bacarıqlarının tətbiq edilməsi və Qırmızı dənizdə dənizçilik və beynəlxalq dəniz əlaqələrinin təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır.

Mənbə: www.oxu.az