Prezident qərarını verib, bir neçə günə Belarusla... - Solox

Polşa Prezidenti Andjey Duda Belarusla sərhəddə hasarın inşası haqqında qanunu imzalamağa qərar verib və bunu bir neçə gün ərzində həyata keçirəcək.

Axar.az xəbər verir ki, bu açıqlama ilə ölkənin Milli Təhlükəsizlik Bürosunun rəhbəri Pavel Solox çıxış edib.

"Cənab Prezident bu qanunu imzalamaq əzmindədir", - Solox söyləyib.

Qeyd edək ki, Polşa Sərhəd Mühafizəsinin məlumatına görə, oktyabrın əvvəlindən Belarusdan Polşaya sərhədi qanunsuz keçmək üçün 10 minə yaxın cəhd qeydə alınıb. Sentyabrın əvvəlindən bəri təxminən 20 min belə cəhd olub.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Çexiya prezidenti vəzifəsindən kənarlaşdırıla bilər

SONRAKI XƏBƏR

Azarkeşin halı pisləşdi, oyun dayandırıldı