Bu sahədə dünya birincisi olacağıq - Ərdoğan

"Akıncı"nın iştirakı ilə pilotsuz döyüş təyyarə sistemimizi təqdim edərək, PUA arsenalımızı dünyanın bir nömrəsi edəcəyik.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Dünyada öz savaş gəmisini dizayn, inşa və təmir edə bilən 10 ölkə içərisində yer alırıq. Quru və dəniz nəqliyyat vasitələrində həm dost, həm də müttəfiq ölkələrin ehtiyaclarını qarşılayırıq. Hazırda dünyanın ən yaxşı 100 müdafiə şirkəti siyahısında 7 şirkətimiz var. Gələn il yeni tipli sualtı qayıqlarımızın birincisini istismara verməyi planlaşdırırıq", - Ərdoğan qeyd edib.

 

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Avropa Liqası: Qrup mərhələsində III tur bir oyunla start götürəcək

SONRAKI XƏBƏR

Bu gün ÇL-də 8 matç var