Rusiyadan Tiflis və Kiyevə çağırış

Rusiya hesab edir ki, Gürcüstan və Ukraynanın Moskva ilə münasibətlərdə mövcud problemlərə obyektiv baxmaları lazımdır, yalnız bu, mövcud problemlərin həlli üçün dialoqun aparılmasına kömək edəcək.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiyanın BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəsinin müavini Andrey Belousov çıxış edib.

"Biz Ukrayna, Gürcüstan və Qərb tərəfdaşlarımızı yaratdıqları təhrif edilmiş reallıqdan əl çəkməyə, mövcud problemlərə qərəzsiz, ayıq və obyektiv baxmağa çağırırıq", - diplomat bildirib.

 

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Beynəlxalq Vokalçılar Festivalında "Azərbaycan operetta inciləri" təqdim olunub

SONRAKI XƏBƏR

Krauç “Liverpul”un növbəti baş məşqçisinin kim olacağını açıqladı